Xəbər

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

10:53 03-01-2018

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda “Kia” və “Hyudai” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 



© APA 2018