Xəbər

Bakıda liftdə qalan 9 nəfər xilas edilib

20:24 01-01-2018

Bakıda liftdə qalan 9 nəfər xilas edilib

Bakıda 9 nəfər liftdə qalıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 9 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara liftdən çıxmağa kömək ediblər. 



© APA 2018