Xəbər

Bakıda mənzildə 52 yaşlı qadının cəsədi aşkarlanıb

22:50 31-12-2017

Bakıda mənzildə 52 yaşlı qadının cəsədi aşkarlanıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1965-ci il təvəllüdlü Nəbiyeva Ellada Ayaz qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. 



© APA 2018