Xəbər

Bakıda mənzildə partlayış baş verib, 3 nəfər xəsarət alıb

12:20 02-01-2018

Bakıda mənzildə partlayış baş verib, 3 nəfər xəsarət alıb

Bakıda mənzildə partlayış baş verib.

 

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan Könül Cəfərovanın evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə K.Cəfərova, qızı Aysun və qardaşı qızı Nərmin Məmmədova yanıq xəsarətləri alıb, xəstəxanaya yerləşdiriliblər. 



© APA 2018