Xəbər

Bakıda mənzildə yanğın olub

20:16 13-06-2018

Bakıda mənzildə yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

 APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxi 6 m² sahədə yanıb.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.



© APA 2018