Xəbər

Bakıda mənzildən kişi meyiti aşkarlanıb

23:14 12-10-2017

Bakıda mənzildən kişi meyiti aşkarlanıb

Bakıda mənzildən 58 yaşlı kişinin meyiti tapılıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1959-cu il təvəllüdlü Kərimov Aydın Həmid oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.   



© APA 2017