Xəbər

Bakıda mənzillərdən oğurluq edən şəxsə hökm oxunub

17:05 19-06-2017

Bakıda mənzillərdən oğurluq edən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Şəmsəli Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Ş. Cavadov 9 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Ş. Cavadov ötən ilin yayında həbs edilib. O, Bakıda yerləşən mənzillərə daxil olaraq, ümumilikdə 30 min manata yaxın pul və qızıl-zinət əşyaları oğurlayıb. Ş. Cavadov ifadəsində mənzillərə daxil olmağın üsulunu internetdən öyrəndiyini deyib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 177.2.4. (oğurluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.



© APA 2017