Xəbər

Bakıda "Mercedes" qəza törədib, sürücü xəsarət alıb

03:58 08-12-2017

Bakıda

Bakının Xətai rayonunda yüksək sürətlə hərəkət edən avtomobil qəza törədib. APA-nın xəbərinə görə, o, işıqforda dayanan iki avtomobilə çırpılıb.

 

Məlumata görə, 1981-ci il təvəllüdlü Mustafayev Elmar Telman oğlunun Babək prospekti ilə idarə etdiyi "Mercedes" markalı minik maşını ara məsafəsinin qorunmaması səbəbindən işıqforun qırmızı işığında dayanmış "Toyota" və "Kia" markalı avtomobillərə çırpılıb. Nəticədə xəsarət almış sürücü E.Musatafayev 1 saylı Xəstəxanaya yerləşdirilib.

 

Yol qəzasının təfərrüatları araşdırılır. Polis ilkin versiya olaraq yüksək sürət amilini əsas gətirib.



© APA 2018