Xəbər

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

14:11 02-01-2018

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb.

 

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də saat 4 radələrində Nəsimi rayonunun Moskva prospektində naməlum şəxs Bakı şəhər sakini Fəhruz Fəhruzzadəyə zor tətbiq edib içərisində 121 manatı olan pulqabısını alıb.
 

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ceyhun Bayramlı saxlanılıb. 



© APA 2018