Xəbər

Bakıda təmir olunan evdən silah-sursat tapılıb

12:34 12-07-2018

Bakıda təmir olunan evdən silah-sursat tapılıb

Bakı şəhərində təmir olunan evdən silah-sursat tapılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 10-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətindəki yardımçı otaqda təmir işləri apararkən divarın içərisində hərbi paltara bükülərək gizlədilmiş 2 ədəd “AKS” markalı  silah, 7 ədəd patron darağı və 219 ədəd patron aşkar edib. O, tapdığı silah-sursatı 4-cü Polis Şöbəsinə təhvil verib.



© APA 2018