Xəbər

Bakıda yaşayış binasında yanğın olub, 20 sakin təxliyə edilib

00:16 08-12-2017

Bakıda yaşayış binasında yanğın olub, 20 sakin təxliyə edilib

Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  yanğın şəhərin Sabunçu rayonunda ikimərtəbəli, kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m2olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxinin tavanı 5 m2 sahədə və dam örtüyü 30 m2 sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.



© APA 2017