Xəbər

Bakıda yaşayış binasında yanğın olub

15:34 02-01-2018

Bakıda yaşayış binasında yanğın olub

Bakının  Nərimanov rayonunda yanğın baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda  doqquzmərtəbəli yataqxananın 3-cü mərtəbəsində, pilləkən qəfəsində elektrik sayğacları yanıb.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. 



© APA 2018