Xəbər

Bayram günləri yol qəzalarında 6 nəfər ölüb, 32 nəfər xəsarət alıb

11:05 03-01-2018

Bayram günləri yol qəzalarında 6 nəfər ölüb, 32 nəfər xəsarət alıb

Bayram günlərində Azərbaycan ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, son 3 gündə respublikanın avtomobil yollarında 25 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 6 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

 

Qeydə alının qəzalardan 4-ü Bakı şəhərində baş verib. Həmin qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.



© APA 2018