Xəbər

Beyləqanda avtomobil oğurlamaqda təqsirləndirilən şəxslər saxlanılıb

11:46 03-01-2018

Beyləqanda avtomobil oğurlamaqda təqsirləndirilən şəxslər saxlanılıb

Beyləqanda avtomobil oğurlamaqda təqsirləndirilən şəxslər saxlanılıb.

 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, Beyləqan rayon sakini Eldəniz Qarayevə məxsus “VAZ-21074” markalı maşının yük yerindəki 5600 dəyərində olan qızıl-zinət əşyalarını maşınla birlikdə qaçırmağa cəhd edən rayon sakini Teymur İsgəndərov tutulub.

 

Araşdırma zamanı T. İsgəndərovun əlbir olduğu şəxs də müəyyənləşdirilib və saxlanılıb. Bakı şəhər sakini Eknur Ağaşirinli şübhəli şəxs qismində Beyləqan RPŞ-yə gətirilib. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər.


Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



© APA 2018