Xəbər

Biləsuvarda yanğın olub, ev sahibi tüstüdən zəhərlənib

02:16 14-09-2017

Biləsuvarda yanğın olub, ev sahibi tüstüdən zəhərlənib

Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonunda ümumi sahəsi 144 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 3 m2 sahədə yanıb. Yanğın zamanı ev sahibi tüstüdən zəhərlənib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



© APA 2017