Xəbər

Binəqədidə ev yanıb

17:16 13-01-2018

Binəqədidə ev yanıb

Bakıda fərdi ev yanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.

 

Ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü və 2 otağın tavanı 58 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​



© APA 2018