Xəbər

Cəbrayıl köçkün şəhərciyində 13 yaşlı uşağı maşın vuraraq öldürüb

18:50 16-04-2018

Cəbrayıl köçkün şəhərciyində 13 yaşlı uşağı maşın vuraraq öldürüb

İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl köçkün şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “VAZ 2106” markalı  avtomobil  velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub.

 

Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 



© APA 2018