Xəbər

Dələduzluqda təqsirləndirilən hüquq müdafiəçisinin məhkəməsində zərərçəkmişlər dindirilib

12:27 17-05-2018

Dələduzluqda təqsirləndirilən hüquq müdafiəçisinin məhkəməsində zərərçəkmişlər dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqları Birliyinin dələduzluqda və rüşvətə təhrik etməkdə sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

 

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.  İttihama münasibət bildirən K. Tağızadə özünü təqsirli bilməyib.
 
Sonra zərərçəkmiş Həcər Kəngərli ifadə verib. H. Kəngərli K. Ağazadə tərəfindən mənəvi təzyiqə məruz qaldığını, özünün insan alveri qurbanına çevrildiyini deyib. Onun sözlərinə görə, K. Ağazadə onun uşağını abort elətdirib. 
 
Digər zərərçəkmiş Mahirə Sadıqova isə ifadəsində K. Ağazadəyə qarşı heç bir şikayətinin olmadığını deyib: "Məndən 2100 manat pul alıb, bunu Səhiyyə Nazirliyinə verəcəkdi. Sonradan iş alınmadığı üçün pulumu geri qaytardı". 
 
Proses mayın 24-də davam etdiriləcək. 
 
Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.
 
Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. 



© APA 2018