Xəbər

Dənizdə batmaq təhlükəsi ilə üzləşən daha iki nəfər xilas edilib

17:13 12-08-2017

Dənizdə batmaq təhlükəsi ilə üzləşən daha iki nəfər xilas edilib

Bakıda iki nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri vətəndaşları sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər. 



© APA 2017