Xəbər

DİN: Gün ərzində qeydə alınan 108 cinayət faktından 23-ü "isti izlər"lə açılıb

09:08 13-01-2018

DİN: Gün ərzində qeydə alınan 108 cinayət faktından 23-ü

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 108 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

 

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Gün ərzində respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

 



© APA 2018