Xəbər

Əməliyyat Qərargahı itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı məlumat yayıb

19:17 29-12-2017

Əməliyyat Qərargahı itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı məlumat yayıb

Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün aparılan axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edib.

 

Sabah axtarış işləri davam etdiriləcək. Əlavə məlumat veriləcək.​



© APA 2018