Xəbər

Gəncədə 65 yaşlı piyadanı avtomobil vurub

21:54 02-01-2018

Gəncədə 65 yaşlı piyadanı avtomobil vurub

Gəncədə piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin şərq çıxışında baş verib. Şəhər sakini 1953-cü il təvəllüdlü Babayev Faiq Əsədulla oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

 

Sürücü dərhal piyadanı xəstəxanaya çatdırıb, ona tibbi yardım göstərilib, vəziyyətinin kafi  olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 



© APA 2018