Xəbər

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

23:53 13-09-2017

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-İmamzadə avtomobil yolunda qeydə alınıb.

 

“QAZel”lə “VAZ 21012” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 1974-cü il təvəllüdlü Bağırov Ceyhun müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bidlirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



© APA 2017