Xəbər

Gəncədə iki baсını avtomobil vurub

20:14 31-12-2017

Gəncədə iki baсını avtomobil vurub

Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. 

APA-nın verdiyi məlumata görə, hadisə şəhərin qərb çıxışında, Nizami Gəncəvi prospektində qeydə alınıb. Goranboy rayon sakinləri 1997-ci il təvəllüdlü Məmmədova Mirvari Şahin qızı və onun baçısı 1995-ci il təvəllüdlü Məmmədova Aysel Şahin qızı yolu keçmək istəyərkən “VAZ 2106” markalı avtomobil tərəfindən vururlub. Sürücü dərhal xəsarət alan qadınları xəstəxanaya aprıb. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir. 

Məlumata görə, A. Məmmədova 7 aylıq hamilədir.

Faktla bağlı arşdırma aparılır. 



© APA 2018