Xəbər

Gəncədə mebel sexi yanıb

10:01 14-03-2018

Gəncədə mebel sexi yanıb

Gəncə şəhərində hər mərtəbəsi 250 m2 olan ikimərtəbəli mebel sexinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 60 m2 sahədə və 1 ədəd dəzgah, 2-ci mərtəbənin yanar konstruksiyaları 136 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 250 m2 sahədə yanıb.

 

FHN-dən APA-ya verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​



© APA 2018