Xəbər

Gəncədə mənzildə köməksiz qalan 2 azyaşlı xilas edilib

04:02 30-12-2017

Gəncədə mənzildə köməksiz qalan 2 azyaşlı xilas edilib

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və uşaqları aidiyyəti üzrə təhvil veriblər. 



© APA 2018