Xəbər

Gəncədə mənzildə yanğın olub

22:16 03-01-2018

Gəncədə mənzildə yanğın olub

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 27 m2 olan bir otaqlı mənzilin mətbəxində məişət avadanlığı və 2 m2 sahədə mətbəx mebeli yanıb.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.



© APA 2018