Xəbər

Gəncədə sexə təmir üçün gələn usta ölüb

15:10 13-08-2017

Gəncədə sexə təmir üçün gələn usta ölüb

Gəncədə usta qəfil ölüb.

 

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Gəncədə olan dəri emalı sexlərinin birində qeydə alınıb.

 

Yevlax rayon sakini 1962-ci il təvəllüdlü Elxan Nəbiyev avadanlıqların təmiri üçün sexə gəlib. Usta sexə çatan zamanı halı pisləşib və qəflətən dünyasını dəyişib.

 

Faktla bağıl hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 



© APA 2017