Xəbər

Goranboyda 83 yaşlı kişini maşın vuraraq öldürüb

12:41 30-12-2017

Goranboyda 83 yaşlı kişini maşın vuraraq öldürüb

Goranboy rayonunda 83 yaşlı kişini maşın vuraraq öldürüb.

 

APA-nın məlumatına görə, hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb. Bərdə rayon sakini Roman Qarayev idarə etdiyi VAZ-21074 markalı maşınla yolu keçən 83 yaşlı Mahmud Dəmirovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır. 



© APA 2018