Xəbər

Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

16:47 11-08-2017

Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Bakı-Qazax magistral yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonu Balçılı kəndi ərazisində qeydə alınıb. “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 2106”-da olan Xaçmaz rayon sakini Hikmət Osmanov, Göygöl rayon sakini, 1992-ci il təvəllüdlü Tarzan Abdullayev və 1994-cü il təvəllüdlü Kamil Musayev olduğu bildirilir.

 

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 



© APA 2017