Xəbər

Hacıqabulda 60 yaşlı piyadanı avtomobil vurub

20:10 02-01-2018

Hacıqabulda 60 yaşlı piyadanı avtomobil vurub

Hacıqabulda 60 yaşlı qadını avtomobil vurub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Mercedes" markalı minik maşını magistral yolun digər tərəfinə keçmək istəyən Saatlı rayonunun Qaranuru kənd sakini, 1957-ci il təvəllüdlü Bədəlova Gültac Məmmədhüseyn qızını vurub. Nəticədə başından xəsarət alan qadın Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.



© APA 2018