Xəbər

İmişlidə avtomobilin vurduğu piyada ölüb

11:56 13-01-2018

İmişlidə avtomobilin vurduğu piyada ölüb

Bu gün İmişli şəhəri Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil rayonun Yalavac kənd sakini, 1958-ci il təvəllüdlü Dəmirov Zahid Məşdi oğlunu vurub.

 

Ağır xəsarət alan Z. Dəmirov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

 

Faktla bağlı araşdırma aparılır. 



© APA 2018