Xəbər

İmişlidə piyadanı vurub qaçan sürücü saxlanılıb - YENİLƏNİB

23:14 13-09-2017

İmişlidə piyadanı vurub qaçan sürücü saxlanılıb - YENİLƏNİB

İmişlidə piyadanı vurub qaçan sürücü saxlanılıb.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, rayonun Məzrəli kənd sakini Bağırov Nəcməddin Həsən oğlunu vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

 

Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “VAZ 21011” markalı avtomobilin sürücüsü – İmişli rayon sakini Nəsirov Elsevər Əli oğlu saxlanılıb.

 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

***

 

22:44

 

İmişlidə avtomobil piyadanı vurub.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Hacıqabul-Horadiz magistralının İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Naməlum avtomobil kənd sakini, 1987-ci il təvəllüdlü Bağırov Nəcməddin Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Hazırda yol-nəqliyyat qəzasını törədən sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.



© APA 2017