Xəbər

İmişli sakini iş yerində ölüb

02:08 14-06-2018

İmişli sakini iş yerində ölüb

İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Şahverdili kəndi ərazisində, Araz çayının üzərində yerləşən qum-çınqıl karxanasında ölüm hadisəsi qeydə alınıb.

 

İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Fariz Valeh oğlunun idarə etdiyi avtoqreyder torpaq kütləsinin uçması nəticəsində aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.



© APA 2018