Xəbər

İsmayıllıda bu gün ikinci dəfə zəlzələ olub - YENİLƏNİB

13:24 01-01-2018

İsmayıllıda bu gün ikinci dəfə zəlzələ olub - YENİLƏNİB

Bu gün İsmayıllı rayonunda daha bir zəlzələ qeydə alınıb.

 

APA-nın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, saat 13:11-də İsmayıllı ərazisində 3,9 maqnitudalı zəlzələ baş verib.

 

Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunub. 

 

***

 

saat 12.14

 

Bu gün İsmayıllı rayonu ərazisində zəlzələ baş verib.

 

APA-nın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, saat 06:49-da qeydə alınan zəlzələnin maqnitudası 3,3 olub.

 

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Zəlzələ hiss edilməyib.



© APA 2018