Xəbər

Lənkəran sakini evin damından yıxılaraq xəsarət alıb

13:24 13-01-2018

Lənkəran sakini evin damından yıxılaraq xəsarət alıb

Lənkəran sakini evin damından yıxılaraq xəsarət alıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Osaküçə kənd sakini Valeh Fərman oğlu Cəfərov evin damında iş görərkən ehtiyatsızlıqdan oradan yıxılıb.

 

O, yaxınlarının yardımı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Bədəninin müxtəlif yerlərində sınıq diaqnozu qoyulan V. Cəfərova ilkin tibbi yardım göstərilib. O, xəstəxanın travmatologiya şöbəsinə yerləşdirilib.



© APA 2018