Xəbər

Lənkəranda avtomobil ağaca çırpılıb, bir nəfər ölüb

18:28 21-04-2017

Lənkəranda avtomobil ağaca çırpılıb, bir nəfər ölüb

Lənkəran-Lerik yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Şovu kəndi ərazisində qeydə alınıb. UAZ narkalı minik avtomobilinin yolun kənarındakı ağaca çırpılması nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.

 

Xəsarət alanlardan Elçin Abdullayev Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

 

Digər şəxsin xəsarəti isə yüngül olub.

 

Faktla bağlı araşdırma aparılır.



© APA 2017