Xəbər

Lerikdə ev yanıb

21:32 16-04-2018

Lerikdə ev yanıb

Lerik rayonunda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Lerik rayonunda ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyü və aynabəndinin tavanı 20 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.



© APA 2018