Xəbər

Londonda Beynəlxalq Neft Həftəsi keçirilir

16:25 12-02-2007

Londonda Beynəlxalq Neft Həftəsi keçirilir

Bu gün Londonda Beynəlxalq Neft Həftəsi (IP Week) işə başlayıb. Tədbir iştirakçıları dünya neft bazarının aktual problemlərini müzakirə edəcəklər, toplantının əsas təşkilatçısı isə Britaniya Energetika İnstitutudur. Fevralın 12-dən 15-dək Londonda neft-qaz səyanesinin müxtəlif sahələrinə həsr olunmuş bir sıra konfrans, seminar və “dəyirmi masa” keçiriləcək. Neft həftəsi “Coğrafi-siyasi baxımdan milli və beynəlxalq neft şirkətinin rolunun dəyişməsi” adlı iclasla açılıb.
IP Week təşkilatçılarının APA-ya verdiyi məlumata görə, sabah “Rusiya və MDB istehsalatın sabitliyi” mövzusunda keçiriləcək iclas çərçivəsində Azərbaycanın energetika ehtiyatları və onlardan səmərəli istifadə məsələlərinə toxunulacaq. Bundan başqa, həmin iclasda neft məhsullarının istehsalı, eləcə də Rusiyaya və MDB ölkələrinə işgüzar baxış, neftin nəqli, Avropa Enerji Xartiyası (Avropa İttifaqı, Rusiya, MDB) ilə bağlı məsələlər, dövlət neft şirkətlərinin inkişafı, habelə onların istehsalata və iqtisadiyyata təsiri, neft nəqlinin dəstəklənməsində Mərkəzi Asiya və Qazaxıstanın rolu, qaz nəqlinin təhlükəsizliyi və digər mövzular müzakirə ediləcək. Bütövlükdə isə, Beynəlxalq Neft Həftəsinin gedişində yanacağa dünya qiymətlərinin formalaşdırılması, energetika şirkətlərinin fond birjalarına çıxışı, maye qaz bazarının inkişafı məsələləri müzakirə olunacaq. /APA/


© APA 2018