Xəbər

Masallıda oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub

12:25 17-05-2018

Masallıda oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub

Masallıda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Gədəbəy rayon sakini olan A. Qasımov Masallı Rayon Polis şöbəsinə müraciət edərək şəhər ərazisində kirayə qaldığı mənzildən 1000 manat pulunun oğurlandığını bildirib.

 

Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə oğurluğu törətməkdə şübhələr onunla birlikdə kirayədə yaşayan İmişli rayon sakini Maqsud Salmanovun üzərində cəmlənib. Görülmüş tədbirlərlə M.Salmanov İmişli rayonu ərazisində saxlanılıb.

Araşdırmalar zamanı onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib. 

 

Faktla bağlı cinayət işi başlanılıb.

 



© APA 2018