Xəbər

Mingəçevirdə suda batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib

12:58 12-08-2017

Mingəçevirdə suda batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib

Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında Ağdaşın Cardam kənd sakini, 1995-ci il təvəllüdlü Səlimov Fərid Hacıağa oğlu və Tərtər rayonu Çaylı qəsəbə sakini, 1995-ci il təvəllüdlü Əlibəyli Ramin Fazil oğlu dostları ilə birgə Mingəçevir su anbarının sahilindəki çimərlikdən kənar ərazidə, qayalıq sahədə çimən zaman suda boğulmaq təhlükəsi ilə üzləşiblər.

 

Dərhal əraziyə FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Mingəçevir şəhərindəki Aran dalğıc-axtarış qrupunun xilasediciləri cəlb olunub. Batmaq təhlükəsi ilə üzləşən şəxslər sudan çıxarılıb.

 

Faktla bağlı araşdırma aparılır.



© APA 2017