Xəbər

Mingəçevirdə yataqxanada yanğın olub, 7 nəfər xilas, 17 nəfər təxliyə edilib - YENİLƏNİB

08:03 04-01-2018

Mingəçevirdə yataqxanada yanğın olub, 7 nəfər xilas, 17 nəfər təxliyə edilib  - YENİLƏNİB

Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xilas edilib, 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

***

 

03:30

 

Mingəçevirdə yataqxanada yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb edilib.

 

İlkin məlumata əsasən, hadisə nəticəsində bina sakinləri təxliyə olunublar, tüstüdən zəhərlənənlər var.  Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.



© APA 2018