Xəbər

Neftçalada ər arvadını bıçaqlayıb

22:32 01-01-2018

Neftçalada ər arvadını bıçaqlayıb

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayon sakini, 1993-cü il təvəllüdlü Əliyeva Aysel Firdovsi qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

 

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və dərhal əməliyyata götürülüb.

 

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.



© APA 2018