Xəbər

Neftçalada gənc ailə qəzaya düşüb, bir nəfər ölüb

20:10 31-12-2017

Neftçalada gənc ailə qəzaya düşüb, bir nəfər ölüb

Neftçala rayonunun Aşağı Surra kəndində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Aşağı Surra kənd sakini, 1991-ci il təvəllüdlü Sirus Xəyal Ağahüseyn oğlunun idarə etdiyi “Priora” markalı avtomaşın “Mercedes” markalı avtomobillə toqquşub. Sürücü və həyat yoldaşı 1996-cı il təvəllüdlü Kərimova Nuranə Vahid qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  

 

Həkimlərin səyinə baxmayaraq X.Sirusun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır. 



© APA 2018