Xəbər

Ötən ilin son günü yollarda 7 qəza olub, 3 nəfər ölüb

15:54 01-01-2018

Ötən ilin son günü yollarda 7 qəza olub, 3 nəfər ölüb

Dekabrın 31-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  nəticədə 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb. 

 

Axtarışda olduğuna görə 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.



© APA 2018