Xəbər

Pakistanda xəstəxanada partlayış baş verib, ölən və yaralananlar var

05:08 02-01-2018

Pakistanda xəstəxanada partlayış baş verib, ölən və yaralananlar var

Pakistanın Pencab əyalətində xəstəxanada partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Attok şəhərində qeydə alınıb.

 

İlkin məlumata əsasən, xəstəxanada qaz balonu partlayıb. Hadisə nəticəsində ikisi uşaq olmaqla 6 nəfər ölüb, 10-dan çoxu yaralanıb.

 

Binanın qismən uçduğu bildirilir. Dağıntılar altında insanların olduğu ehtimal edilir. 



© APA 2018