Xəbər

Quba-Xınalıq yolunda maşın çaya düşüb

22:14 07-12-2017

Quba-Xınalıq yolunda maşın çaya düşüb

Bu gün Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xınalıq yolunun 37-ci km-də baş verib. "Toyota Prado" markalı maşın yoldan çıxaraq çaya düşüb. Qəza zamanı xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.



© APA 2017