Xəbər

Qusar sakininin maşınından oğurluq edilib

15:31 19-05-2017

Qusar sakininin maşınından oğurluq edilib

Qusar şəhər sakininə məxsus avtomobildən oğurluq edən şəxslər tutulub.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayon Polis Şöbəsinin  əməkdaşları şəhər sakini Ramazanov Abdulhüseyn İkram oğluna məxsus “Chevrolet” markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Hüseynov Tural Hüseyn oğlunu və Quliyev Elməddin Rövşən oğlunu saxlayıblar. Hər iki şəxsin əlbir olaraq, A. Ramazanova məxsus maşının arxa şüşəsini sındırmaqla nişanlısı Yunusova Könül Namiq qızına məxsus bel çantasını, bir cüt qızıl sırğanı, bir ədəd qızıl boyunbağını, 200 manatı və sonuncunun anasına məxsus əl çantasını və içərisindəki mobil telefonu, 300 manatı və 2 bankomat kartını oğurlayıb.

 

Onlar hər iki şəxsə ümumilikdə 845 manat ziyan vurduğu müəyyənləşib. 

 

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
 

 



© APA 2017