Xəbər

Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri barəsində ekspertiza təyin olunub

15:02 12-07-2018

Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri barəsində ekspertiza təyin olunub

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Rauf Sultanov barəsində psixatrik və psixloloji eskpertiza təyin olunması ilə bağlı vəsatət verilib.

 

Vəsatət təmin edilib. Cinayət işi eskpertiziyaya göndərilib.

 

Məhkəmə qeyri-müəyyən günə qədər təxirə düşüb.

 

 

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət alarkən yaxalanıb.

 

Ona qarşı Cinayət Məcəlləsinin 311.1. (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham irəli sürülüb. 

 

 



© APA 2018