Xəbər

Saatlıda yük avtomobili yanıb

19:40 16-05-2018

Saatlıda yük avtomobili yanıb

Saatlı rayonunda yük avtomobili yanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Məmmədabad kəndində baş verib.

 

KamAZ markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 8 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.



© APA 2018